Almaniya futbol çempionatının 14-cü turunun matçında "Bavariya" Frankfurt "Ayntraxt"ına darmadağın olub.
Oxu24.com xəbər verir ki,Frankfurtdakı “Deutsche Bank Park” stadionunda baş tutan görüş 5:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Qaliblərin qollarını Ömər Marmuş, Erik Junior Ebimbe (dubl), Hüqo Larsson və Ansqar Knauff vurub.
"Bavariya"nın yeganə qolunu Coşua Kimmix vurub.
Tomas Tuçelin yetirmələri 10 qələbə və iki heç-heçədən sonra Bundesliqada bu mövsüm ilk dəfə məğlub oldular.
Bu, bütün turnirlərdə üçüncü məğlubiyyətdir - əvvəllər Almaniya Superkuboku uğrunda görüşdə RB Leypsiqə (0:3), Almaniya kubokunda isə Saarbrükenə (1:2) uduzmuşdular.
Münhen klubu 2023/2024 mövsümü üçün Bundesliqa turnir cədvəlində ikinci yeri tutur. Komanda 13 oyundan sonra 32 xal toplayıb. "Ayntraxt" 21 xalla 7-ci pillədə qərarlaşıb. “Bayer Leverkuzen” liderdir (35).
Növbəti mərhələdə “Bavariya” doğma meydanda “Ştutqart”la, “Ayntraxt” isə səfərdə “Bayer”lə qarşılaşacaq. Hər iki görüş dekabrın 17-də baş tutacaq.
Daha əvvəl keçmiş ispaniyalı seçici ruslardan hansının La Liqada oynamağa qadir olduğunu demişdi.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR