Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99164
az

Anar Bağırov: \"Azərbaycanda son illərdə vəkillərin sayı üç dəfə artıb\"

11:5109 Dekabr, 2023
932
  • A

"Azərbaycanda son illər ərzində vəkillərin sayı üç dəfə artıb".

Oxu24.com-un məlumatına görə, bunu Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov qurumun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində keçirilən intellektual müsabiqədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə 2400 vəkil var: "Namizədlərlə birlikdə 3000 nəfərə yaxın şəxsdən söhbət gedir. Bizim peşəmiz elədir ki, namizədlərlə bağlı problemimiz yoxdur. 300-ə yaxın namizəd növbəti test mərhələsini gözləyirlər. Gələn ilin mart ayında imtahanı təşkil edəcəyik".

O qeyd edib ki, vəkilliyə savadlı adamlar gəlməlidir: "Gənc hüquqşünasların da problemlərini həll etmək lazımdır. Bununla bağlı xüsusi fond var və onlara dəstək veririk".

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İlin vəkili” seçildi
Anar Bağırov: Hazırda Azərbaycanda138 vəkil qurumu fəaliyyət göstərir
DİN açıqlama yaydı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb