Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99160
az

SON DƏQİQƏ! Baş nazir qərar imzaladı

11:0309 Dekabr, 2023
484
  • A

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Oxu24.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

 

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Süleyman Kərimova məxsus 1,5 milyard dollardonduruldu
Məhkəmə İTV-ni 3 manatcərimələdi
AYNA taksilər üçün duracaq yerlərimüəyyənləşdirəcək

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
SON DƏQİQƏ! Rusiyaya hücum başladı: Bu şəhərlər boşaldılır
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Göyçayda yeniyetmə qətl törətdi