Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99159
az

Metronun iş saatı uzadıldı

10:3209 Dekabr, 2023
178
CƏMİYYƏT
  • A

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın növbəti oyunu ilə əlaqədar dekabrın 14-dən 15-nə keçən gecə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

 

Bu barədə  Oxu24.com-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, İsveç klubu “Hakken”ə qarşı keçiriləcək görüşlə bağlı “Bakı Metropoliteni” QSC-yə edilən müraciət müsbət cavablandırılıb. Qurum bunu nəzərə alaraq, matç günü metronun iş vaxtını gecə 1 saat uzadacaq.

 

Gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlər üçün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

 

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yağıntılı hava nə vaxtadək davam edəcək?
Xəzər dənizində zəlzələ oldu
Yol polisi sürücülərə müraciət etdi

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
SON DƏQİQƏ! Rusiyaya hücum başladı: Bu şəhərlər boşaldılır
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Göyçayda yeniyetmə qətl törətdi