Rusiya prezidenti Vladimir Putin Rostov vilayətinin iki sakinini əfv edib.
Oxu24.com xəbər verir ki,bu barədə regional hökumət portalında məlumat verilir.
Əfv olunanlarla bağlı başqa təfərrüatlar verilmir.
Fərman dekabrın 11-dən qüvvəyə minir.
Məlumatda bildirilir ki, tövsiyələr hazırlanarkən məhkumların ilk dəfə cinayət törətməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi, müsbət səciyyələndirilməsi və cəmiyyət üçün təhlükə yaratmaması nəzərə alınıb.
Bu il Rostov vilayətinin əfv komissiyası 30 ərizəyə baxıb və onlardan üçü üzrə müsbət qərar verilib.
Noyabrın 22-də Kremldə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin əfv edilməsi proseduruna yenidən baxılmadığı bildirilib.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR