Rusiyanın Lipetsk vilayətində iki avtomobilin iştirakı ilə baş verən qəza onlardan birinin çuxura düşməsi ilə nəticələnib.
Oxu24.com xəbər verir ki,bu barədə şəhərin meri Yevgeniya Uvarkina rəsmi Telegram kanalında məlumat verib.
Hadisə Suvorov küçəsində baş verib.
Bir avtomobil digərinə çırpıldıqdan sonra qəza iştirakçılarından biri qazıntı çuxuruna düşərək aşıb.
Qəza zamanı xəsarət alan olmayıb. Sürücü avtomobildən özü çıxa bilib. Mütəxəssislər yerində işləyirlər.
Bələdiyyə sədrinin sözlərinə görə, bu sahədə torpaq işləri aparan şirkətin müvafiq icazəsi olmayıb.
Hazırda hadisə ilə bağlı materiallar prokurorluğa verilib. Bu halda, Uvarkinanın dediyi kimi, söhbət təkcə cərimədən getmir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR