İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin bir neçə bölgəsinə, o cümlədən Maan, Jurat əl-Akkad və əl-Mahatta, eləcə də qonşu Rəfah şəhərinə zərbələr endirib.
Oxu24.com xəbər verir ki,bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Həmçinin Livanın “Al Mayadeen” telekanalı İsrailin Nuseyratdakı qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 5 nəfərin həyatını itirdiyini bildirib.
Oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatı çərçivəsində Qəzza zolağından minlərlə Həmas yaraqlısının İsrailə daxil olması və 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub.
Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu, İsrail əməliyyatının “Dəmir Qılınclar” adlandırıldığını açıqlayıb.
Əməliyyatın ilk günündən İsrail Qəzza zolağına iri raket hücumları həyata keçirib, anklava su, ərzaq, elektrik və yanacağın verilməsi dayandırılıb. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən həyata keçirilməyə başlayıb.
Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatını "genişləndirdiyini" elan etdi. Əməliyyatdan əvvəl yüz minlərlə fələstinli evlərini tərk edərək sığınacaqlara və anklavın cənubuna köçüb. Qəzzanın mərkəzində döyüşlər hələ də davam edir.
Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR