Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99092
az

Rusiya ilə sərhəd açılır

23:0407 Dekabr, 2023
268
DÜNYA
  • A

Finlandiya hökuməti dekabrın 13-dən gec olmayaraq Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

 

Oxu24.com Yle-yə istinadən  xəbər verir ki, bunu baş nazir Petteri Orpo deyib.

 

Onun sözlərinə görə, Helsinki vəziyyətin inkişafını diqqətlə izləyir.

 

"Məqsəd normal həyata qayıtmaqdır", deyə  Finlandiya hökumətinin başçısı bildirib.

 

 Lakin o, bu qərarın nədən ibarət ola biləcəyini açıqlamayıb.

 

Hazırda Finlandiya hakimiyyətinin qərarı ilə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri bağlanıb.

 

Bu qərar qaçqın axını ilə əlaqədar verilib. Sərhəddən yalnız yük daşınmasına icazə verilir.

 

Bundan əvvəl Finlandiyanın Cənub-Şərqi Sərhəd Xidmətinin komandirinin müavini Heikki Ahtiainen bildirib ki, keçid məntəqəsindəki maneələrin sökülməsi bir neçə saat çəkəcək.

Bununla belə, o qeyd edib ki, sığınacaq axtaranların növbəti axını ilə sərhədlərin yenidən bağlanacağı təqdirdə bəzi hasarlar yerində qalacaq.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi