Finlandiya hökuməti dekabrın 13-dən gec olmayaraq Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
Oxu24.com Yle-yə istinadən xəbər verir ki, bunu baş nazir Petteri Orpo deyib.
Onun sözlərinə görə, Helsinki vəziyyətin inkişafını diqqətlə izləyir.
"Məqsəd normal həyata qayıtmaqdır", deyə Finlandiya hökumətinin başçısı bildirib.
Lakin o, bu qərarın nədən ibarət ola biləcəyini açıqlamayıb.
Hazırda Finlandiya hakimiyyətinin qərarı ilə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri bağlanıb.
Bu qərar qaçqın axını ilə əlaqədar verilib. Sərhəddən yalnız yük daşınmasına icazə verilir.
Bundan əvvəl Finlandiyanın Cənub-Şərqi Sərhəd Xidmətinin komandirinin müavini Heikki Ahtiainen bildirib ki, keçid məntəqəsindəki maneələrin sökülməsi bir neçə saat çəkəcək.
Bununla belə, o qeyd edib ki, sığınacaq axtaranların növbəti axını ilə sərhədlərin yenidən bağlanacağı təqdirdə bəzi hasarlar yerində qalacaq.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR