Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99077
az

Ərdoğanın qarşısında baş əydi  - Ölkə qarışdı (FOTO+VİDEO)

21:0307 Dekabr, 2023
490
DÜNYA
  • A

Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritisin prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstan prezidentlik binasına daxil olarkən ona baş əyməsi ölkədə böyük reaksiyaya səbəb olub.

 

Oxu24.com  xəbər  verir  ki,Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin dəvəti ilə 6 ildən sonra ilk dəfə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün bu gün Yunanıstana gedib.

 

Səfər zamanı Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritisin prezident Ərdoğana baş əyərək salam verməsi ölkədə böyük müzakirələrə səbəb olub.

 

Prezident Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində rəsmi səfərdə olduğu Yunanıstanın paytaxtı Afinada baş nazir Kiryakos Mitsotakis ilə görüşüb.

 

Ərdoğan, Mitsotakis ilə görüşdən əvvəl Yunanıstan Prezidenti Katerina Sakelaropulu tərəfindən Prezidentlik Mərkəzində rəsmi mərasimlə qarşılanıb.

 

 

Nazir Gerapetritisin prezident Ərdoğana baş əyməsi Yunanıstan ictimaiyyətində böyük səs-küyə səbəb olub. Yunanlar nazirlərinin davranışına  mənfi  reaksiya veriblər.

 

 

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
HƏMAS dörd israilli girovu azad etdi
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı