Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99028
az

Yaponiya PKK-nı terror təşkilatları siyahısına əlavə edib

22:2106 Dekabr, 2023
150
DÜNYA
  • A

Yaponiyanın Ankaradakı səfirliyi terror təşkilatı PKK-nın Yaponiya İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb.

 

Oxu24.com  xəbər  verir  ki,Səfirlikdən verilən açıqlamada, PSİA-nın beynəlxalq terror təşkilatları siyahısının yer aldığı internet saytının bir neçə gün əvvəl yeniləndiyi və daha əvvəl siyahıya daxil edilməyən PKK-nın da siyahıya əlavə edildiyi bildirilib.

 

Açıqlamada “Yaponiya hökumətinin PKK-nı 2002-ci ildən etibarən aktivləri dondurulmalı olan terror və bənzər təşkilatlar sırasına daxil etdiyi və PKK-nın həyata keçirdiyi terror aktlarını pislədiyi” vurğulanıb.

 

"Yaponiya hökumətinin bu siyasətində heç bir dəyişiklik yoxdur", - səfirliyin bəyanatında deyilir. 

 

Terror təşkilatı PKK Yaponiya Ədliyyə Nazirliyinə bağlı PİA-nın daha əvvəl yenilədiyi “Əsas Beynəlxalq Terror Təşkilatları” siyahısına və “Ümumi Trendlər” cədvəlinə daxil edilməyib.

Əl-Qaidə, Boko Haram, Əl-Şəbab, DAİŞ, Yaponiya Qırmızı Ordusu və Aum Şinrikyo kimi həm yerli, həm də beynəlxalq terror təşkilatlarının yer aldığı siyahıda PKK-nın yer almaması diqqət çəkib.

Mövzu ilə bağlı AA müxbirinin suallarını cavablandıran PİA rəsmisi, təşkilatın hazırkı “Terrorun Regional Vəziyyəti” kataloqunun Türkiyə bölməsində terror təşkilatları DEAŞ, PKK və Əl-Qaidə ilə bağlı keçmiş və cari məlumatların yer aldığını açıqlayıb.

PSIA-nın “Beynəlxalq Terrorun 2022 Vəziyyəti” cədvəlində 2022-ci ilin noyabrında PKK-nın İstanbulun İstiqlal küçəsində həyata keçirdiyi hücumun təfərrüatları da yer alıb.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ruslar İvanovka kəndini dəişğal etdi
Putin Mirziyoyevlə telefonla danışdı
Alman qoşunları Belarusla sərhəddəyerləşdiriləcək

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
SON DƏQİQƏ! Rusiyaya hücum başladı: Bu şəhərlər boşaldılır
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Göyçayda yeniyetmə qətl törətdi