Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,alimlərin verdiyi açıqlamada Günəşin səthində qaranlıq bir dəlik açılıb.
Bildirilib ki, son 24 saatda eni 800 min kilometrə çatan dəlikdən geomaqnit qasırğalarından yaranan radiasiya axınları sürətlə Yerə yayılıb.
Tac dəliyi kimi tanınan 60 Yer böyüklüyündə nəhəng qaranlıq bölgənin dekabrın 2-də formalaşdığı və son 24 saatda təxminən 800 min kilometr genişliyə çatdığı bildirilir.
Bildirilib ki, Günəşdə açılan qara dəlik dekabrın 4-dən birbaşa Yerə doğru yönəlib.
Məlum olub ki, qara dəliyə görə günəş küləyi kimi də tanınan qeyri-adi sürətli radiasiya öz güclü axınlarını Yerə doğru səpir.
Mart ayında meydana çıxan sonuncu tac dəliyi son illərin Yer kürəsində ən güclü geomaqnit qasırğasına səbəb olub. Yeni dəliyin nə qədər davam edəcəyi bilinməsə də, tac dəliklərinin 27 gündən çox davam etdiyi bildirilir.
Alimlər günəş partlayışlarının tədricən artacağını və bir neçə il ərzində pik həddinə çatacağını proqnozlaşdırırlar.
Mütəxəssislər bu müvəqqəti dəliklərin Günəşdəki maqnetizmin qəfil dəyişməsi ilə ulduzun üst səthindəki radioaktiv plazmanın kosmosa atılmasına səbəb olduğunu bildirirlər.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR