Qaynamış su “ölü” sudur.Onun tərkibindəki mikroelementlər su qaynayandan sonra dəyişilir və faydasını itirir. Su qaynayan zaman tərkibindəki minerallar ondan ayrılaraq qabın divarlarına yapışır, nəticədə su mineralsızlaşır. Qaynayan zaman əmələ gələn qabarcıqlar suda olan oksigenin səviyyəsini aşağı salır.
Su nə qədər çox qaynayarsa, o qədər də ağırlaşır. Dəfələrlə qaynadılmış su hüceyrələrdən pis sorulur, çiy su qədər qidalandıra bilmir. Bu səbəblə, mütəxəssislər , təmiz bulaqlar olmayan yerdə sutəmizləyici qurğulardan istifadə etməyi və həmin qurğular vasitəsilə adi suyu təmizləyib içməyi məsləhət görürlər.
“Bura texniki təmizləmə filtrlərini və əks osmos sistemlərini misal gətirmək olar”.
Bu sözləri Oxu24.com-a açıqlamasında su təmizləyici qurğuların satışı və quraşdırılması işini həyata keçirən “Aqua home” firmasının (aquahome.az) meneceri Emil Hacıyev bildirib.
Onun sözlərinə görə, əks osmos sistemindən keçmiş su 99.9% təmizlənir:
“Təmizləmə zamanı suda olan zərərli maddələr tullantı formasında axıdılır. Daha sonra suya insan orqanizminə lazım olan minerallar və maddələr əlavə olunur. Bu, suyun PH dərəcəsinin normallaşmasına (PH 7-8) gətirib çıxarır. Bildiyiniz kimi, PH dərəcəsi insan orqanizmi üçün çox vacibdir
Emil Hacıyev qeyd edib ki, əks osmos sistemindən keçmiş suyu qaynatmadan tam əminliklə istifadə edə bilərsiniz:
“Həmçinin bu suyu 85 dərəcəyə qədər qızdırıb isti içkilərin (çay, kofe və s.) hazırlanmasında istifadə edə bilərsiniz”.
Oxu24.com
ŞƏRHLƏR