Pentaqon rəhbəri Lloyd Austin Kiyevə yeni yardımın təsdiqlənməsinin gecikməsi fonunda bildirib ki, Vaşinqton uzun müddət Ukraynada qalacaq.
Oxu24.com xəbər verir ki,"Birləşmiş Ştatlar Ukrayna xalqının tərəfində möhkəm dayanır, biz uzun müddət onlarla olacağıq", - o, Ukrayna sənaye bazası mövzusunda konfransda çıxışı zamanı vurğulayıb.
Ostin ümid etdiyini bildirib ki, ABŞ Konqresi tezliklə ABŞ administrasiyasının Kiyev üçün “ABŞ-ın sənaye bazası vasitəsilə əlavə 50 milyard dollar ayrılmasını” nəzərdə tutan yeni müraciətini təsdiq edəcək.
Müdafiə departamentinin rəhbəri əlavə edib ki, vəsaitlərin böyük hissəsi Amerika əmək bazarına investisiyalar hesabına geri qayıdacaq.
O, həmçinin xatırladıb ki, Kiyevə əvvəlki yardımın təxminən 27 milyard dolları Ukrayna üçün silah istehsalı üzrə müqavilələr çərçivəsində Amerikanın müxtəlif ştatlarına yatırılıb.
Xatırladaq ki, bir neçə həftədir ki, ABŞ Konqresi Ukraynaya növbəti hərbi yardımın göstərilməsi üçün vəsaitin ayrılmasına səs verə bilmir. Eyni zamanda, Ağ Ev artıq ABŞ hakimiyyətinin Kiyevi dəstəkləmək üçün pullarının tükəndiyi barədə xəbərdarlıq edib.
Bununla bağlı ABŞ prezident administrasiyası Konqres Senatında “gizli brifinq” keçirməyə təşəbbüs göstərib. Lakin iclasda bir neçə qalmaqal yaranıb və Respublika Partiyasının nümayəndələri onu ümumiyyətlə tərk ediblər.
Dekabrın 5-də Senatda Respublikaçı Azlıqların lideri Mitch McConnell partiya həmkarlarını Ağ Evin Ukraynaya tələb etdiyi yardımı dəstəkləməməyə çağırıb. Söhbət ABŞ prezidenti Co Baydenin 106 milyard dollar tələbindən gedir. Bu pulun 60 milyarddan çoxunun Ukraynanın ehtiyaclarına xərclənməsi planlaşdırılırdı. Dekabrın 5-də ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Konqres Ukraynaya yardım üçün əlavə vəsaiti təsdiqləməsə, ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR