Moskva vilayətində Ali Radanın keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.
Oxu24.com xəbər verir ki,bu barədə REN telekanalı mənbələrə istinadən məlumat yayıb.
İlya Kiva 2014-cü ildə Maydan hadisələrindən sonra şöhrət qazanmış keçmiş ukraynalı siyasətçidir.
Ukrayna Ali Radasının 9-cu çağırış Xalq deputatı “Müxalifət Platforması - “Həyat naminə” fraksiyasından hüquq-mühafizə fəaliyyətinin qanunvericilik təminatı komitəsinin üzvü olub.
2022-ci il yanvarın sonunda Kiva Ukraynanı tərk etdi - əvvəlcə İspaniyaya, sonra isə Moskvaya köçdü.
Fevralın 24-də müharibə başlayandan sonra o, Rusiya hakimiyyətinin “Ukraynanın Qərb işğalından azad edilməsi” çağırışını dəstəkləyib.
2023-cü ilin avqustunda Kiva ukraynalıları ayağa qalxmağa və ölkə prezidenti Vladimir Zelenski rejimini devirməyə çağırıb.
Noyabrda İlya Kiva dövlətə xəyanətdə ittiham olunaraq qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl Kiva Vladimir Zelenski və Valeri Zalujnı barədə Baş Prokurorluğa məlumat verib.
Miri
Oxu24.com
ŞƏRHLƏR