Brent markalı neftin bir barelinin qiyməti 2023-cü il iyulun 6-dan bəri ilk dəfə olaraq 76 dollardan aşağı düşüb.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti ticarət məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, Moskva vaxtı ilə saat 17:05-ə olan məlumata görə, fevral fyuçerslərinin qiyməti bir barel üçün 75,8 dollara (-1,81%) enib.
Eyni zamanda, WTI markalı neftin yanvar fyuçerslərinin dəyəri 2,18% azalaraq 70,74 dollar olub. Ümumilikdə neftin dünya qiymətləri 2%-ə kimi enişi sürətləndirdi.
Bundan əvvəl Finlandiyada qeydiyyatdan keçmiş Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) müstəqil tədqiqat təşkilatının ekspertləri Rusiya neftinə qarşı sanksiyaların səmərəsiz olduğu qənaətinə gələn araşdırma dərc ediblər.
Bu, əsasən, Urals-ın Brent qlobal etalonuna endiriminin azalması ilə bağlıdır.
Neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib. Aİ ölkələri dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb. Bundan əlavə, G7 ölkələri Rusiya neftinin barreli üçün 60 dollarlıq qiymət həddini tətbiq ediblər. Rusiya prezidenti Vladimir Putin yerli şirkətlərə qiymətlərin yuxarı həddi olan müqavilələr əsasında neft satmasını qadağan edən fərman verməklə cavab verib.
Bundan əvvəl Britaniya Rusiya neftinin ticarətində “fırıldaqçılıq” üsullarından istifadə edən dörd ərəb şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR