Rusiya prezidenti Vladimir Putin 60-dan çox rus zabit və təhlükəsizlik qüvvələrinə general rütbələri verilməsi haqqında fərman imzalayıb.
Oxu24.com xəbər verir ki,müvafiq fərman hüquqi aktlar portalında dərc olunub.
Sənədə əsasən, general-leytenantdan general-mayoradək rütbələr Rusiya Qvardiyasının, Federal Sərhəd Mühafizə Xidmətinin, Federal Penitensiar Xidmətin və FSSP-nin hərbi qulluqçularına və əməkdaşlarına verilib.
Bundan əlavə, bir hərbi zabit vitse-admiral, dörd nəfər isə kontr-admiral rütbəsi alıb.
Rusiya Qvardiyasının altı hərbçisi general-leytenant, yeddisi isə general-mayor rütbəsi alıb.
Dekabrın 1-də Rusiya liderinin fərmanı ilə hərbi əməliyyatlar zamanı gəminin şəxsi heyətinin göstərdiyi qəhrəmanlığa görə “Admiral Makarov” freqatına “Qvardiyaçılar” fəxri adı verilib.
Bundan əvvəl Putin “Rusiya Federasiyasının Müdafiə-Sənaye Kompleksinin Əməkdar İşçisi” yeni fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb. Sənəddə bildirilir ki, bu qərar dövlət mükafatı sisteminin daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilib.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Aerokosmik Qüvvələrinə Qara dəniz üzərində səmada daimi patrul xidmətinə başlamağı tapşırmışdı.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR