Bu barədə "Hi-News” məlumat yayıb.
Şirkət rəhbəri Marsa səyahət edəcək insanlara xüsusi bonus da təklif edib. Mask Qırmızı planetdən Yerə qayıtmağa görə heç bir haqqın tutulmayacağını deyib.
"Twitter”də izləyicilərindən birinin sualını cavablandıran Mask Mars və ya Aya şirkətin hazırladığı kosmik gəmilərlə uçuş qiymətinin kosmik uçuşların həcmindən asılı olacağını dilə gətirib.
"Əminəm ki, bir gün Marsa uçuş 500 min dollardan az, bəlkə hətta 100 min dollardan az başa gələcək”, - deyə Mask yazıb.
"Space X” şirkəti gələcəkdə "Starship” gəmilərinin köməyi ilə bir uçuşa yüzlərlə insanı Marsa çatdırmaq niyyətindədir. Bu yaxınlarda şirkət ən güclü dartıcı qüvvəsi olan "Raptor” mühərrikinin alovlandırma sınaqlarını keçirib. Həmin raketlərdən mart ayında suborbital sınaq uçuşlarında istifadə olunacaq
Oxu24.com
ŞƏRHLƏR