Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9899
az

Mehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – Fotolar

20:1013 Fevral, 2019
778
CƏMİYYƏT
  • A
 
Bərdə şəhər sakini, 1979-cu il təvəllüdlü Nazilə Musayeva yeganə övladı, 9 yaşlı Ülvi Musayevlə birgə küçələrdə qalıb.
Ən acınacaqlısı isə odur ki, ananın ciddi sağlıq problemləri var. İki gözündən əlil olan qadın həm Hepatit B xəstəliyindən, həm də ginekoloji onkologiyadan əziyyət çəkir, uşaqlığında yaranmış şiş onu günbəgün ölümə aparır. Xəstə canı ilə süpürgəçilik edib, çörəkpulu qazanan və uzun müddətdir ki, şəhərin parklarında gecələyən bu ana-balanın həyatını xeyirxah insanlar ictimailəşdirirək, onlara kömək etməyə çalışıblar. Jurnalist Xəyyam Salmanzadə və xeyirxah insan Allahyar Eyubovun dəstəyi ilə Ülvi, Ramiz Musayev adına Bərdə Şəhər İnkluziv Təhsil Komponentli tam orta məktəbə yerləşdirilib.

Ana isə bir yardımsevərin dəstəyi ilə ev şəraitində müəyyən müalicə alsa da, artıq yataq xəstəsidir və təcili tibbi müdaxiləyə ehtiyacı var. Çoxlu qan itirən qadına hazırda müvəqqəti önləyici iynələr vurulur. Bakıya xəstəxanaya gətirilməsi və orada xərclərinin qarşılanması, eyni zamanda bu müddətdə uşağın da himayə edilməsi üçün xeyli maddi yardıma ehtiyac var.

Nazilə Musayevanın həyat hekayəsi, onu küçələrdə qalmasına səbəb olan faktlar da ürək ağrıdır. Bir qız düşünün ki, heç bir valideyni, qohumu, tanışı yoxdur və internat evində böyüyüb. Daha sonra övladı olmayan bir ailə, İmişli rayonu, Nurulu kənd sakini Musayev Əzulla Xanbaba oğlu onu övladlığa götürüb, lakin övladı kimi yox, qul kimi davranıb. Evdə xidmətçi yerinə işlədib, qonşuların evinə xidmətçiliyə göndərib.

Bu insanlar öldükdə isə evini, torpağını öz qohumlarına vəsiyyət ediblər, ona heç bir pay vermədən kimsəsiz qoyublar. Naziləni daha sonra ailəli bir adamla qeyri-rəsmi nigaha məcbur ediblər. Bu nigahdan Ülvi adlı bir övladı dünyaya gəlib.

Ülvi isə içinə doğulduğu bu çətin həyatın ağır zərbəsini ömrünün ilk günündə alıb. Kimsəsiz ailənin doğum xərclərini qarşılamaq üçün pulu olmadığından uşağı bir müddət xəstəxanada girov saxlayıblar.eyri-rəsmi ailə qurduğu şəxs isə uşaq dünyaya gəldikdən sonra onu tərk edib. Səbəb isə Nazilənin Hepatit B xəstəliyinə tutulması və uşaqlığında onkoloji xəstəliyin yaranması olub.

Qadında yaddaş problemi də var. Hazırda uşağının atasının harada olması ilə bağlı da məlumat yoxdur.
Bizimyol.info internet qəzeti xəbər verir ki, Nazilə Musayevanın səhhəti ilə bağlı material saytlarda, sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra məsələ 1-ci vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya çatdırılır. Mehriban xanım məsələ barədə göstəriş verərək xəstənin bütün müalicə, əməliyyat xərclərini öz üzərinə götürüb. Artıq bununla bağlı bütün müvafiq qrumlara lazımı göstərişlər verilib. Həmçinin Nazilə Musayevanın pensiya, sosil müavinətlərinin düzəldilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıqlar verilib.

Adıçəkilən xəstənin müalicə, əməliyyat xərclərinin Mehriban xanım Əliyeva tərəfindən qarşılanacağı haqda Heydər Əliyev fondundan məsələni ictimailəşdirən Xəyyam Salmanzadəyə zəng olunaraq bildirilib. Nazilə Musayevanın və azyaşlı oğlunun digər problemlərinin də həll olunması üçün müvafiq işlər aparılır.
 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA
Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı