İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda 4 Livan əsgərinin yaralandığı bildirilib.
Oxu24.com xəbər verir ki,Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri Livanın cənubunda sərhəd bölgəsindəki Kefrkilla qəsəbəsi yaxınlığında Livan ordusuna aid bir nöqtəni artilleriya atəşi ilə hədəfə alıb.
Hücum nəticəsində 4 Livan əsgərinin yaralandığı bildirilib.
Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar həyata keçirilir.
Bu hücumlarda 89 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Hizbullah Hərəkatı da bu gün verdiyi bəyanatda Livanın cənubundan İsrail sərhədində yerləşən 4 hərbi məntəqənin hədəf alındığını açıqlayıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR