Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98901
az

ABŞ HƏMAS rəhbərliyini məhv edib

23:5103 Dekabr, 2023
137
DÜNYA
  • A

İsrail radikal Fələstinin HƏMAS hərəkatının rəhbərliyini aradan götürmək niyyətindədir və ABŞ bu yanaşmanı faydalı taktika hesab edir.

 

Oxu24.com  xəbər  verir  ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NBC telekanalına bildirib.


O, rəhbərliyin aradan qaldırılmasının "(HƏMAS-ın) əməliyyatlar aparmaq qabiliyyətinə zərərli təsir göstərəcəyini" deyib. “İsrailin diqqət mərkəzində olan şey budur. Biz bunun faydalı bir taktika olduğunu düşünürük”, – Kirbi bildirib.

 

Vaşinqtonun İsrailin HƏMAS-ı məhv etmək məqsədinin real olduğuna inanıb-inanmaması ilə bağlı suala Ağ Evin sözçüsü belə cavab verib: “Biz təcrübədən bilirik ki, siz həmişə bir ideologiyanı məhv edə bilməzsiniz, lakin şübhəsiz ki, qrupun əməliyyatlar aparmasını, təlim keçməsini çətinləşdirə bilərsiniz."

Təbii ki, onların maliyyə mənbələrini də aradan qaldırmaq lazımdır və biz HƏMAS-ın özünə qarşı sanksiyalar tətbiq etmişik”.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada kimyəvi maddələr müəssisəsində PARTLAYIŞ
Putin Pakistana enerji tədarükünü müzakirə edib
Litva kasetli sursatları qadağan edən konvensiyadan ölkənin çıxmasını təsdiqləyib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı