Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98871
az

Oturaq işin yaratdığı xəstəliklər

11:1103 Dekabr, 2023
212
CƏMİYYƏT
  • A

Bir sıra insanların işləmək üçün can atdıqları və rahat iş sandıqları "oturaq", başqa sözlə "ofis işləri"nin çox mənfi fəsadları var. Oturaq işi arzulamasaq da, internetin dünyamıza daxil olması bütün aktiv fəliyyətimizi bir kənara qoymağa məcbur edib. 

Bəs gündəlik oturaq iş insanlarda hansı xəstəliklərə yol aça bilər?

OXU24.COM  xəbərinə görə, həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, oturaq işin insan orqanizmində yaratdığı xəstəlikləri oturub saysaq, bitməz:

"Ona görə də bəzi ciddi problemləri sadalayacağam. Əsas fəsadlardan biri piylənmədir. Belə olan halda, insanda qan dövranının durğunluğu məsələsi əmələ gəlir. Çünki piylənmə prosesində insan orqanizmində metabolik sindrom yaranır, insulinə rezidentlik artır, şəkər və ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur. 

Yəni ki, insan daima oturanda, hərəkət edə bilməyəndə ürək-damar sistemində, qan dövranında, qan damarlarının endoteryal, yəni daxili qatında disfunksiyalar əmələ gəlir. Bu da tramboz və müxtəlif xəstəliklərə yol açır. 

Eyni zamanda, oturaq həyat tərzi keçirən insanlarda aşağı ətraflarda, çanaq orqanlarında qan durğunluğu, babasil yaranır, qəbizliklərə meyllilik olur, yəni bədəndə ümumi mübadilə, bağırsaq pozğunluqları əmələ gəlir.

Oturaq iş ümumi bədənin biokimyəvi proseslərində mübadilə pozulması yaradır. Belə olan halda, bədəndə yağ mübadiləsinin pozuntusu baş verir. 

Bütün bunların qarşısını ancaq hərəkət etməklə almaq olar. Kimsə məcburi oturaq əməklə məşğuldursa, iş saatlarından əvvəl və ya sonra müəyyən məsafə hərəkətləri etməlidir. Çünki oturaq həyat bədəndə venoz durğunluğu yaradır. Bu isə aradan qaldırılmalıdır ki, orqanlar nəfəs alsın".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb