Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98830
az

İsrail HƏMAS-la şiddətli döyüşlər aparır

14:1102 Dekabr, 2023
168
DÜNYA
  • A

Dekabrın 2-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS və digər Fələstin qruplarına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirib və Fələstin anklavının cənub hissəsində şiddətli döyüşlər gedir.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə şənbə günü “Times of Israel” məlumat yayıb.

 

Qəzet mənbələrə istinadən yazır ki, döyüşlər Qəzzanın cənubunda, Həmas rəhbərliyinin bir hissəsinin yerləşdiyi güman edilən Xan Yunis şəhəri ərazisində gedir.

 

Qəzzalılar bildirdilər ki, İDF Xan Yunisdə sakinləri cənubdan Rəfah şəhərinə köçməyə çağıran vərəqələr atıb və Xan Yunisdə qalmağın təhlükəli olduğu barədə xəbərdarlıq edib.

 

Hərbçilərin Qəzzaya göndərdiyi mesajda deyilir: “İD terror təşkilatlarına qarşı qətiyyətlə hərəkət edir, eyni zamanda dinc əhali ilə terrorçuları ayırd etmək üçün böyük səy göstərir”.

 

Vərəqələrdə qeyd olunur ki, “Qəzzalılar bizim düşmənimiz deyil... İD bu səhərdən Qəzzalıların mümkün qədər döyüş bölgələrindən çıxarılması üçün nəzarətli və məqsədyönlü təxliyyə həyata keçirir”.

 

Dekabrın 1-dən yenidən hərbi əməliyyatlara başlayan İsrail coğrafiyasını genişləndirib.

 

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rumıniyada müxalifətin mitinqi keçirilir
Çexiyada restoranda partlayış nəticəsində 6 nəfər ölüb
Yapon tarixçisi Donbassda dinc əhalinin sıxışdırılması haqqında kitab yazır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb