Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98827
az

Papa hərbi sənayenin maliyyələşdirilməsinə son qoymağa çağırıb

13:3602 Dekabr, 2023
134
  • A

Roma Papası Fransisk dövlətləri aclıqla mübarizə üçün beynəlxalq fond yaratmaq üçün hərbi sənayedən gələn vəsaitlərdən istifadə etməyə çağırıb.

 

Oxu24.com  xəbər  verir  ki,Bu barədə Vatikan rəhbərinin Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-28) Tərəflərin Konfransında şəxsi çıxışı üçün hazırlanmış çıxışında deyilir.

 

Səhhətinə görə papa BƏƏ-yə səfər edə bilməyib, konfransda çıxışını Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin edib.

 

Roma Papası ictimaiyyətin diqqətini dövlətlərin bu günlərdə bütün dünyada: İsrail və Fələstində, Ukraynada və digər yerlərdə başlayan müharibələrə çox böyük enerji sərf etməsinə yönəldib.

 

O vurğulayıb ki, münaqişələr yaranan problemləri həll etmir, əksinə, onların artmasına gətirib çıxarır, silahlar Yer kürəsini məhv edir.

 

Papa Fransisk çıxışında yazıb: “Hərbi məqsədlər üçün xərclənən pullardan iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrdə aclığın aradan qaldırılması və davamlı inkişaf layihələri üçün beynəlxalq fond yaratmaq üçün istifadə etməyi təklif edirəm”.

 

Papa Fransisk daha əvvəl demişdi ki, müdafiə sənayesi səbəbindən dünya müharibəyə qərq olub.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Husilər ABŞ gəmisinə zərbələr endirdi
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var