Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98803
az

Quru sərhədlərlə bağlı VACİB XƏBƏR - Yanvar ayından...

17:0001 Dekabr, 2023
1468
TEST
  • A

Azərbaycanın quru sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Bir çoxları pandemiya dövründən qapalı saxlanılan sərhədlərin 2024-cü ilin yanvar ayında yenidən açılacağını iddia edir. 

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 2-dək uzadılmışdı. 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Ölkə.Az”a açıqlamasında bildirdi ki, sərhədlərin açılması daima gündəmdə olan bir mövzudur, çünki buna tələbat var: 

“Sərhədlərin açılması həm iqtisadiyyatın dirçəlməsi, həm turizm potensialının artması deməkdir. Tarixi zəfərimizdən sonra Azərbaycana gəlmək istəyən çoxsaylı qonaqlarımız var”. 

Lakin millət vəkili bununla bağlı qərarın verilməsi üçün kifayət qədər əsasların olmadığını qeyd edir: “Hazırda sağlamlıqla bağlı yeni təhdidlər yaranıb və yeni sindrom başlayıb. Bunların hər biri müvafiq komissiya tərəfindən diqqətlə analiz olunur. Əminəm ki, şərtlər uyğun olduğu təqdirdə açılma ilə bağlı qərar qəbul ediləcək”. 

Komitə üzvü sərhədlərin açılmasına ehtiyac olduğunu da vurğulayıb. “Bütövlükdə sərhədlərin açılmasına böyük tələbat var. Azərbaycanda böyük qış turizm obyektləri var, onlara gələcək turistlərin bir qisminə quru sərhədlərlə keçmək daha uyğundur. Yəqin ki, ən optimal qərarı doğru vaxtda hökumət qəbul edəcək”, - deyə H. Babaoğlu əlavə edib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NATO-ya qısa zamanda üzvlük qazanacağıq” - Zelenski
Quru sərhədlərlə bağlı VACİB XƏBƏR - Yanvar ayından...
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
İran vətəndaşı ilə əlbir olan narkokuryer həbs edildi - VİDEO