Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98801
az

Azərbaycanda 48 yaşlı polkovnik vəfat etdi

16:1001 Dekabr, 2023
172
CƏMİYYƏT
  • A

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Tofiq Orucov 48 yaşında ürəktutmasından vəfat edib.

Bu barədə Report-a onun yaxınları məlumat verib.

T.Orucov Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olub. 2020-ci il noyabrın 25-də Kəlbəcər erməni işğalından azad olunan zaman rayona ilk daxil olan bölmələrdən birinə komandanlıq edib.

Qeyd edək ki, Tofiq Miryusif oğlu Orucov 1975-ci il sentyabrın 4-də Laçın rayon Fərraş kəndində anadan olub. 1993-cü ildə ali hərbi məktəbə daxil olub. Hərbi təhsilini bitirdikdən sonra ixtisası üzrə Bakı ərazisində hərbi hissələrin birində bölük komandiri kimi xidmətə başlayıb. Sonralar uzun müddət hərbi hissə komandiri vəzifəsində işləyib.

O, Aprel döyüşlərində, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 2020-ci il dekabrın 29-da imzaladığı Sərəncamla “Kəlbəcərin azad olunmasına görə” medalı və 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Polkovnik T.Orucov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə təltif olunub.

Qeyd edək ki, T.Orucovun atası və qardaşı Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Xocalının Meşəli kəndində işgəncə verilərək qətlə yetirilib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi