Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedə ATƏT Nazirlər Şurasının iclasında iştirak edir.
Oxu24.com xəbər verir ki,görüşdən videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında paylaşıb.
Kadrlarda Sergey Lavrovun Rumıniya və San Marino nümayəndələrinin yanında masa arxasında əyləşdiyi görünür.
Xatırladaq ki, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Lavrovu ATƏT-in iclasına dəvət etmək üçün çağırış etmişdi.
Şimali Makedoniya Rusiya nümayəndə heyətinə hava məkanını açdığını elan edib.
Daha sonra Bolqarıstan da dəhlizin açıldığını elan etdi.
Ölkənin Xarici İşlər Nazirliyi bu qərarı ATƏT-in sammitinin əhəmiyyəti ilə izah edib, lakin sonradan Zaxarova orada olduğu üçün təyyarə ölkənin hava məkanına buraxılmayıb. Nəticədə Lavrov Yunanıstan üzərindən Skopyeyə uçub.
Zaxarova Bolqarıstanın qadağasını şərh edərək, bunu “rusofobların axmaqlığı” adlandırıb. Kreml görüşdə Lavrovun gərgin iş qrafikinin olacağını qeyd edib.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR