Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98750
az

İspaniya İsraili Qəzzada humanitar qanunları pozmaqda şübhələnir

14:0030 Noyabr, 2023
118
DÜNYA
  • A

İspaniyanın Baş naziri Pedro Sançes Madridin HƏMAS-ın oktyabrın əvvəlində İsrailə hücumunu pislədiyini deyib.

 

Oxu24.com  xəbər  verir  ki,O, TVE telekanalına müsahibəsində qeyd edib ki, İspaniya tərəfi yəhudi dövləti ilə yaxşı münasibətlər saxlayır, lakin onun Qəzza zolağında bəzi addımlarının qanuniliyinə şübhə edir.

 

“Biz İsrailə deməliyik ki, o, beynəlxalq humanitar hüquq əsasında fəaliyyətini davam etdirməlidir. Gördüklərimizi və  xüsusən də uşaqların artan sayını nəzərə alsaq,bu beynəlxalq humanitar hüquqa əməl etdiyinə səmimi şübhələrim var.,- deyə ”Sançes bildirib.

 

O əlavə edib ki, Madrid Fələstin-İsrail münaqişəsinin müstəqil Fələstinin yaradılması yolu ilə uzunmüddətli həllinə tərəfdardır. Sançes vurğulayıb ki, bu problemi həll etmək və regionda vəziyyəti sabitləşdirmək Avropanın maraqlarına cavab verir.

 

Oktyabrın əvvəlində Fələstin HƏMAS qüvvələri Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edərək, İsrailə böyük raket hücumu həyata keçirib.

Hücum çərçivəsində minlərlə yaraqlı yəhudi dövlətinin ərazisinə daxil olub, hərbi texnikanı ələ keçirib və yüzdən çox insanı əsir götürüb. Buna cavab olaraq İsrail HƏMAS-ı məhv edəcəyini vəd edərək Qəzza zolağında Dəmir Qılınclar əməliyyatına başlayıb. Yəhudi dövlətinin hərəkətləri Fələstin anklavının blokadasına, kütləvi bombardmanlara və 1 milyondan çox insanın bölgənin cənubuna köçürülməsi tələbinə səbəb olub.

Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın bildirdiyi kimi, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək. Tərəflərin atəşkəsi noyabrın 24-də işə başlayıb.

Bundan əvvəl Qətər İsrail və HƏMAS ilə danışıqların detallarını açıqlamışdı.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstanı sanksiyalarla HƏDƏLƏDİ
Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi