Türkiyə polisi Rusiyadan olan modelin və onun 15 yaşlı qızının Bodrumda qətlə yetirildiyini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu faciə ilə bağlı məlumat aldıqdan dərhal sonra yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə yaradıb.
"Polis Rusiya vətəndaşlarının - 1981-ci il təvəllüdlü qadının və onun 2008-ci il təvəllüdlü qızının qətlini təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb", - diplomatik missiyanın açıqlamasında bildirilir.
Baş Konsulluq həmçinin həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
O, rus qadınlarının cəsədlərinin vətənlərinə qaytarılması üçün lazım olan sənədlərin hazırlanmasında hər cür köməklik göstərəcəyini vəd edib.
“Bu işin araşdırılmasının gedişi Baş Konsulluğun prioritet nəzarəti altındadır”, - deyə nümayəndəlik əlavə edib.
Xatırladaq ki, İrina Dvizova və onun 15 yaşlı qızının meyitləri noyabrın 28-də Bodrumda yolun yaxınlığındakı sıldırım yamacda çarşaflara bükülmüş vəziyyətdə tapılıb. Qadınlar güllələnib. Anterhaber qəzetinin məlumatına görə, onların yaşadıqları villada qan izləri aşkarlanıb.
İrina haqqında onun model kimi çalışdığı məlumdur. Qohumları cinayətdə onun ailəyə yaxınlaşması qadağan edilən keçmiş ərindən şübhələnirlər.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR