Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98730
az

Böyük Britaniyanın daha bir bələdiyyəsi özünü müflis elan edib

21:3129 Noyabr, 2023
166
DÜNYA
  • A

İngiltərənin Nottingem şəhərinin rəhbərliyi cari ilin büdcəsini yerinə yetirmək iqtidarında olmadığını rəsmən etiraf edib.

 

Oxu24.com  xəbər  verir  ki,Sky News telekanalı faktiki iflas təhlükəsi yaradan problemlərdən danışıb.

 

Noyabrın 29-da Şəhər Şurası Yerli İdarəetmə Qanununun 114-cü maddəsinə əsasən xəbərdarlıq edib.

 

Bu o deməkdir ki, hakimiyyət öz maliyyə müflisliyini elan edib.

 

"Ölkə boyu şuralara təsir edən məsələlər, o cümlədən uşaqlar və böyüklər üçün sosial qayğıya tələbatın artması, evsizliyin artması və inflyasiyanın təsiri səbəbindən səlahiyyətli orqanın büdcəsində əhəmiyyətli bir boşluq qalır",-deyə  məlumatda  qeyd  edilib.

 

Vəziyyəti sabitləşdirmək üçün növbəti üç həftə ərzində fövqəladə toplantı keçirilməlidir. Bundan əlavə, sosial əhəmiyyətli maddələr istisna olmaqla, yeni xərclərə qadağa qoyulur.

 

KİV-in məlumatına görə, 4 milyon funt-sterlinq kəsirin əsas səbəbi enerji təchizatçısı Robin Hud Energy ilə müqavilənin yerinə yetirilməməsi olub. Demək olar ki, 5%-lik inflyasiya fonunda sosial dəstəyin artan xərcləri də təsir göstərir.

Müxalifət Nottingem merinin istefasını tələb edir. Eyni zamanda, bəzi məmurlar maliyyənin sabitləşməsi üçün hökumətlə işləməkdə davam edəcəklərini əmin ediblər. Baş nazir Sunak müflis elan olunduqdan sonra şəhərə kömək edəcəyinə söz verib.

Sentyabrın əvvəlində Böyük Britaniyanın ən böyük bələdiyyəsi olan Birmingem müflis olduğunu elan edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənilər İrəvan-Tbilisi yolunu bağlayıb
Ukraynalı idmançı Avropa çempionatından qaçıb
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü