Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98727
az

İspaniyada 200-dən çox təşkilat hökumətdən İsraillə silah satışına qarşı çıxıb

20:5729 Noyabr, 2023
146
DÜNYA
  • A

İspaniyada 200-dən çox təşkilat 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə yaydığı birgə bəyanatda İspaniya hökumətindən İsraillə silah ticarətini kəsməsini istəyib.


Oxu24.com  xəbər  verir   ki, 200-dən çox təşkilat, o cümlədən İspaniyanın iki ən böyük həmkarlar ittifaqı CCOO və UGT, Jurnalistlər Birlikləri Federasiyası, Sülh Naminə Tədqiqatlar üzrə İspaniya Agentliyi, Ekoloqlar Fəaliyyətdə Təşkilatı, İnkişaf Təşkilatlarının İspaniya Koordinasiyası və İpoteka Qurbanları Platforması  "İsrail ilə silah ticarətinə son verək" başlıqlı bir kampaniya başlatdıqlarını açıqlayıb.

 

Bu təşkilatların dərc etdiyi birgə bəyanatda qeyd olunub ki, hazırda İspaniya ilə Avropa arasında İsrailə silah, hərbi texnologiya və texnika ixracına nəzarəti tənzimləyən ümumi standartları müəyyən edən Avropa İttifaqı haqqında Müqavilənin bəzi maddələri pozulub. 

 

Barselonada keçirilən mətbuat konfransında danışan Sülhün Təşviqi Kataloniya Şurasının sədri Qabriela Serra, "Biz qeyri-mümkün bir şey istəmirik. İspaniya və digər Avropa ölkələri İsrailə silah satmağı dayandırmalıdır",-deyə  qeyd   edib.

 

İspaniyanın Baş naziri Pedro Sançesin atəşkəs istəməsi və İsrailin Qəzzaya hücumlarını pisləyərkən, digər tərəfdən silah satışına icazə verməsinin "uyğunsuzluq" olduğunu ifadə edən Serra, İspaniya qanunlarına görə silah satışına qadağa qoyan hüquqi elementlərin olduğunu müdafiə edib.

 

İspaniyanın 2000-ci ildən bu yana İsrailə ümumi dəyəri 139 milyon avro olan silah satdığını bildirən Kataloniya Fələstin Cəmiyyətinin sözçüsü Salah Camal, "Fələstin xalqı boş sözlər istəmir. Silahların qadağan edilməsi kimi konkret addımlar gözləyirlər.",- deyə qeyd  edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Aİ-ni F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini təxirə salmağa məcbur edir
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib
Tbilisidə polis Belqorod sakinini saxlayıb

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO