Casusluqda təqsirli bilinən amerikalı Pol Uilan cəzasını çəkdiyi Mordoviyadakı 17 saylı islah koloniyasında döyülüb.
Oxu24.com xəbər verir ki,bu barədə Respublika Federal Penitensiar Xidmətinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, hadisə istehsalat zonasının ərazisində baş verib.
Uilan ilə başqa bir məhbus arasında məişət mübahisəsi yaranıb.
RİA Novosti-nin sitat gətirdiyi bəyanatda deyilir: "P. Uilan ilə digər məhkum arasında münaqişə yaranıb. Sonuncu əli ilə Uilan üzünün sol tərəfinə vurub".
Xidmətdən bildirilib ki, koloniya əməkdaşları əlbəyaxa davanı dərhal dayandırıb və iştirakçıları müayinə üçün həkimə göndərib. Uilanın gözünün altında sıyrıq olduğu aşkarlanıb.
Hadisənin müşahidə kameraları tərəfindən lentə alındığı da bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR