Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9871
az

Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü

10:1713 Fevral, 2019
679
KRİMİNAL
  • A
 
Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb.

Oxu24.com   xəbər verir ki, Abşeron Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhəri ərazisində, səhər saat 07 radələrində baş verib.

Xırdalan şəhəri ərazisində Sumqayıtdan Bakıya gələn sürət qatarının bir nəfəri vurub öldürməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanları əməkdaşları dərhal hadisə yerinə baxış keçirib.

Məlum olub ki, Abşeron rayonu Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, "Çexkalon" adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştabler" markalı sürət qatarı vurması nəticəsində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”