Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98706
az

Pensiya alanlara vacib xəbər:  Yanvarın 1-dən etibarən...

18:2829 Noyabr, 2023
985
CƏMİYYƏT
  • A

Hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklər hazırlanarkən onların hazırkı norma ilə pensiyaya çıxmaq hüququ saxlanılıb, qazanılmış normalara toxunulmayıb.

 

Oxu24.com-un   xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliyin birinci oxunuşda müzakirəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov bildirib.


Elnur Abbasov deyib ki, 20 təqvim ilindən 25 təqvim ili arasında hərbi xidməti olan istənilən hərbi qulluqçu 1 yanvar 2024-cü ildən sonra köhnə normalara əsasən, yəni 20 təqvim ilinə təminat xərcliyinin 50 faizi, sonrakı hər ilə görə isə Müdafiə Nazirliyində təminat xərcliyinin 3 faizi, digər qurumlarda 2 faizi miqdarında əlavə olmaqla pensiyaya çıxa və təminat xərcliyini hesablatdıra bilər: “Eyni zamanda 1 yanvar 2024-cü il tarixə kimi 17 təqvim ilini tamamlamış şəxslər də köhnə normalarla pensiya hüququ əldə edə bilər. Amma onlarda bir şərt var ki, 20 təqvim ilini tamamlanmasını gözləməlidirlər. Məsələn, 1 yanvar 2027-ci il tarixində gəlib yenə ərizə yazıb ordudan tərxis oluna və təminat xərcliyinin 50 faizi miqdarı və üzərinə də indiki normalarla əlavələr artırılmaqla pensiyaya çıxa bilərlər”.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir.

Layihəyə əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən ediləcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü