Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98703
az

“Bacıma görə evimi və bağımı dəyər-dəyməzinə satdım”

15:2229 Noyabr, 2023
372
ŞOU-BİZNES
  • A
Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 
 
OXU24.COM  xəbər verir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində bildirib ki, pandemiya dövründə mülklərini satmaq məcburiyyətində qalıb. 
 
"İnsan tək olanda hər şey çətin olur. Özü də xanım olanda daha çətin olur. Yenə kişi başqa işlərdə gedib çalışa bilir. Pandemiya dövrü mənim üçün çox çətin oldu. Belə ki, bağımı və yaşadığım evi dəyər-dəyməzinə satdım. O ərəfələrdə dünyasını dəyişən bacım Günel də ağır xəstə idi.
O zaman heç kimdən yardım istəmədim. 35 ildir ki, sənətdəyəm, heç kimdən də yardım istəməmişəm. Bunlara görə bağımı və evimi satdım. Bacım xəstə idi... Həkimlər söylədilər ki, onun qısa ömrü qalıb. Evimi dəyərindən çox aşağı qiymətə satdım. Amma nə edə bilərdim?", - deyə Aynur vurğulayıb. 
 
Qeyd edək ki, Aynur Dadaşovanın bacısı Günel ötən il xərçəngdən dünyasını dəyişib. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü