Amerikalı sahibkar İlon Mask HƏMAS rəhbərliyinin Qəzza zolağına səfər dəvətinə cavab verib.
O bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“İndi bir az təhlükəli görünür, amma inanıram ki, Qəzzanın uzunmüddətli rifahı bütün tərəflərə fayda verəcək”, - iş adamı yazıb.
Qeyd edək ki, HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan Maskı İsrailnın törətdiyi qırğınların miqyasını görmək üçün Qəzza zolağına dəvət etmişdi. Həmdan bu dəvəti iş adamının noyabrın 27-də İsrailə səfərindən sonra səsləndirmişdi.
Oxu24.com
ŞƏRHLƏR