Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98685
az

“Ötən il 57 milyon insan qida çatışmazlığından əziyyət çəkib” – BMT

19:4928 Noyabr, 2023
202
DÜNYA
  • A

Keçən il ən azı 57 milyon insan ekstremal iqlim hadisələri ilə əlaqədar ciddi qida çatışmazlığı ilə üzləşib.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən yayılan bəyanatda məlumat verilib.

“İqlim böhranı bütün dünyada aclığa gətirib çıxarır: təkcə keçən il ekstremal iqlim hadisələri 57 milyon insanı ciddi ərzaq təhlükəsizliyi ilə üz-üzə qoyub. Ümumdünya Ərzaq Proqramı iqlim dəyişikliyindən ən çox təsirlənən, xüsusən də, münaqişə zonalarını əhatə edən əraziləri qorumaq üçün həllər təqdim edəcək”, - təşkilatın bəyanatında bildirilib.

“Ötən il Ümumdünya Ərzaq Proqramı 42 ölkədə 15 milyon insana pisləşən iqlim şəraitindən qorunmağa kömək edib. Bununla belə, əlavə 57 milyon insan ekstremal hava hadisələri səbəbindən kəskin aclığa məruz qalıb”, - deyə təşkilatın fəlakətlərin idarə olunması proqramının direktoru Gernot Laqanda bildirib.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 12-dək Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransı keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü