Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova zəhərlənib.
“Ukrainskaya Pravda” xəbər verir ki, bu barədə idarədəki mənbələrdən bildiriblər.
“Budanovun həyat yoldaşının zəhərlənməsi haqqında məlumat doğrudur. O, özünü pis hiss etməsindən şikayət edib, buna görə, analizlər aparılıb, nəticədə zəhərlənmə faktı qeydə alınıb”, - məlumatda deyilir.
Bildirilib ki, o, artıq yaxşıdır və müalicəsinin birinci mərhələsini başa vurub.
Məlumata görə, Budanovun həytat yoldaşı çox güman ki, qidadan zəhərlənib.
Digər tərəfdən, Marianna Budanova ilə yanaşı, kəşfiyyat idarəsinin daha bir neçə əməkdaşında da zəhərlənmə qeydə alınıb.
“Marianna Budanova ilə müqayisədə onlarda simptomlar daha az müşahidə olunub. Onlar özlərində ağır əlamətlər hiss etməyiblər və hazırda müalicə olunurlar”, - məlumatda qeyd edilib.
Oxu24.com
ŞƏRHLƏR