Əmək pensiyalarının ötən ayın artımı ilə birlikdə yaxın günlərdə verilməsinə başlanılacaq. Artıq bununla bağlı texniki işlər aparılır. Ümumilikdə isə bu artım 1 milyon 200 min nəfəri əhatə edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov "Xəzər Xəbər"ə deyib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3 faiz müəyyənləşdirilib. Ümumilikdə isə pensiya artımı 1 milyon 200 min nəfəri əhatə edəcək.
Eyvaz İsmayılovun sözlərinə görə, bəzi kateqoriya şəxslər pensiyalarına qulluq stajına görə əlavə alırlar, həmin şəxslərin pensiyaları vaxtı ilə işləmiş olduqları vəzifə maaşı artıqda yenidən hesablanır.
Eyvaz İsmayılov bildirib ki, pensiyalar yaxın günlərdə veriləcək. Hazırda bununla bağlı texniki işlər aparılır.
Oxu24.com
ŞƏRHLƏR