Latviyanın xarici işlər naziri Krisjanis Karins Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən əvvəl mətbuat konfransı zamanı deyib ki, NATO üzv ölkələri Ukraynaya Rusiyanı perimetr boyu “bütün 360 dərəcə” cilovlamaq üçün işləməyə kömək etməlidir.
Oxu24.com xəbər verir ki,“Rusiyanın nə qədər təhlükə olduğunu anlamaq üçün hər kəsə vaxt lazımdır. Bu problemi uzun müddətə necə həll etmək olar: 360 dərəcədir. Bunlar adi silahlar, hava hücumundan müdafiə, kibermüdafiə, dezinformasiyaya qarşı mübarizədir”, - deyə Karins bildirib.
Ukrayna qoşunlarının əks-hücum əməliyyatına gəlincə, Latviya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu, gözlənilən məsələdir: “Əgər əks-hücumun sürətli olacağı və bir gecədə baş verəcəyi gözləntiləri var idisə, bu, belə deyildi. Amma real rəqəmlərə nəzər salsaq, görərik ki, hər gün nə qədər Rusiya hərbi texnikası və canlı qüvvəsi məhv edilir”.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR