Radikal Fələstinin Həmas qrupu 20 israilli girovu əlavə iki günlük atəşkəs üçün azad edəcək.
Oxu24.com xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
Çərşənbə axşamı azad ediləcək şəxslərin siyahısı münaqişə tərəflərinə təhvil verilib.
O, qeyd edib ki, qrup tərəfindən əsir götürülənlərin ümumi sayı məlum deyil.
Əl-Ənsari bildirib ki, son dörd gündə 69 nəfər, o cümlədən 50 israilli girov azad edilib.
Həmçinin, mübadilə razılaşmaları çərçivəsində 150 fələstinli məhbus İsrail həbsxanalarından azad edilib.
Diplomat həmçinin izah edib ki, danışıqlarda vasitəçilər girovların azad edilməsini üç mərhələyə bölüblər. Birincisi, qadınların və uşaqların azad edilməsi, ikincisi, mülki kişilərin, üçüncüsü, hərbçilərin azadlığa buraxılmasıdır.
Bundan əvvəl İsrailin Qəzza zolağında saxlanılan israillilərin azad edilməsi müqabilində 50 fələstinli məhbusu azad etmək niyyətində olduğu məlum olub. Artıq ölkə hökuməti vaxtından əvvəl azadlığa buraxılacaq qadınların siyahısını təsdiqləyib. Bunun müqabilində Fələstinin Həmas hərəkatı əsir götürdüyü israilliləri azad etməli olacaq.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR