Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98668
az

Finlandiya Rusiya ilə sərhədə əlavə qüvvələr göndərdi

15:2428 Noyabr, 2023
90
DÜNYA
  • A

Avropa İttifaqının (Aİ) sərhəd agentliyi Frontex Rusiya ilə sərhəddə nəzarəti gücləndirmək üçün Finlandiyaya işçi göndərib.

 

Heyətə sərhəd zabitləri, sığınacaq axtaranların qeydiyyatı üzrə mütəxəssislər, sənədləri yoxlayanlar və tərcüməçilər daxildir.

 

Oxu24.com  xəbər  verir   ki,Yle bu barədə çərşənbə axşamı, noyabrın 28-də məlumat verib.

 

Finlandiya yayımçısının məlumatına görə, ölkəyə ümumilikdə 50 sərhədçi və digər şəxsi heyət, habelə texnika, o cümlədən patrul maşınları gələcək.

 

Frontex əməkdaşlarının ən azı iki ay Finlandiyada qalması planlaşdırılır.

 

Sərhəd Mühafizəsinin Baş Qərargahının zabiti Ville Joskitt bildirib ki, agentlik Finlandiya Sərhəd Nəzarətinin göstərişi və iştirakı ilə işləyir.

 

Onun sözlərinə görə, əvvəllər ölkədə 10-15 daimi Frontex işçisi var idisə, bu il daha çox olacaq. Yoskitt qeyd edib ki, əlavə personal ştatın bütün şərq sərhədi boyunca yerləşdiriləcək. Zabit əlavə etdi ki, onlar özləri ilə termal kameralar gətirəcəklər.

 

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya və Frontex Rusiya ilə sərhəddəki vəziyyətin öhdəsindən gəlir.

 

O, həmçinin vəziyyətə müdaxilə ehtimalını qiymətləndirib və qeyd edib ki, Helsinki sərhəd nəzarətini gücləndirmək üçün alyansdan hərbi yardım istəməyib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Rusiya aktivlərini necə satacağına qərar verib
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
Putin Slovakiyanın baş naziri Fikoya sui-qəsd cəhdini dəhşətli adlandırıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi