Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98665
az

Rusiya Wall Street Journal müxbiri Qerşkoviçin həbs müddətini yenidən uzadıb

15:0028 Noyabr, 2023
153
  • A

Rusiyada məhkəmə “casusluq”da ittiham olunan “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviçin həbs müddətini daha 2 ay uzadıb.

 

Oxu24.com xəbər  verir  ki,TASS xəbər agentliyinin məlumatına görə, Moskvanın Lefortovo Məhkəməsi Qerşkoviçin noyabrın 30-da başa çatmalı olan həbs müddətini 2024-cü il yanvarın 30-na qədər uzaddığını açıqlayıb.

 

Məhkəmə Gerşkoviçin həbs müddətinin ümumilikdə 10 aya yüksəldiyini bildirib.

 

WSJ qəzetinin Moskva ofisində müxbir işləyən Evan Qerşkoviç martın 29-da Rusiya Federasiyasının Ural vilayətinin Yekaterinburq şəhərində casusluqda şübhəli bilinərək saxlanılıb.

 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ vətəndaşı Gershkovic-in "Amerika hökuməti üçün casusluq" ittihamı ilə həbs edildiyini bildirib.

 

Gerşkoviç Rusiya Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya olunub.

 

ABŞ prezidenti Co Bayden və bəzi yüksək vəzifəli şəxslər amerikalı jurnalistin dərhal azad edilməsinə çağırıblar.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Gerşkoviçin Yekaterinburqdakı fəaliyyətinin “jurnalistika ilə heç bir əlaqəsi yoxdur”.

 

Avqust ayında Rusiya məhkəməsi Gerşkoviçin həbs müddətini 2023-cü il noyabrın 30-dək uzadıb.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub
Türkiyədə dəhşətli faciə ilə bağlı 15 nəfər HƏBS EDİLDİ
"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO