Avropa Komissiyası Rusiya almazlarının Aİ ölkələrinə idxalına qadağa qoyulması təklifini təsdiqləyib.
Oxu24.com xəbər verir ki,bu barədə Barron Agence France Press-ə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, müvafiq təklif Aİ-nin yeni anti-Rusiya sanksiyalar paketinə daxildir.
O, həmçinin 120-dən çox şəxs üçün fərdi məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsini, ixrac sanksiyalarını və Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması tədbirlərini nəzərdə tutur.
Rusiya almazlarının, eləcə də Rusiyadan ixrac edilən brilyantların ticarətinə qoyulan qadağa Aİ-yə üzv olan 27 ölkənin hamısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
AFP-nin məlumatına görə, bu, yaxın günlərdə baş verə bilər.
Qeyd olunur ki, üçüncü ölkələrdə emal edilən brilyantlara məhdudiyyətlər 2024-cü ilin sentyabrına qədər mərhələli şəkildə tətbiq ediləcək.
Bundan əvvəl Qərb Aİ-nin sanksiyalarının Rusiya Federasiyasına qarşı təsirsiz olduğunu etiraf edirdi.
Bundan əvvəl ABŞ Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün hər şeyi etdiyini bəyan etmişdi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR