Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98648
az

Rus diplomatlar niyə cərimələri ödəmir?

12:2828 Noyabr, 2023
118
DÜNYA
  • A

Rusiya diplomatları Yaponiyada qeyri-qanuni parklanmaya görə cərimə ödəməyənlər siyahısında birinci olublar.

 

Oxu24.com  xəbər   verir  ki,Bu barədə Fuji News Network məlumat yayıb.

 

“2022-ci ilə qədər olan 5 il ərzində Rusiyanın Tokiodakı səfirliyinin və ya onun ölkə daxilindəki dörd konsulluğundan birinin diplomatik nömrələri olan avtomobillər 2338 ödənilməmiş parklanma cəriməsi toplayıb”, – nəşr yazır.

 

Bu, Yaponiyada diplomatların avtomobilləri ilə bağlı bütün oxşar işlərin 59%-ni təşkil edir. İkinci yerdə böyük fərqlə Çin gəlir, onun səfirliyi qanunsuz parklamaya görə 246 cərimə yığıb. Siyahıda daha sonra, azalma ardıcıllığı ilə Qazaxıstan, Misir, İran və Ukraynanın diplomatik nümayəndəlikləri qərarlaşıb.

 

Nəşrin məlumatına görə, vaxtı keçmiş borcun ümumi məbləği bu gün məlum deyil, lakin 2021-ci ildə Yaponiyadakı bütün xarici səfirliklərə əsasən 268 min dollar olub.

 

Yaponiya Xarici İşlər Nazirliyinin Asiyadakı Diplomatik Nümayəndəliklər Departamentinin rəsmisi bu həftə “Biz bütün diplomatların Yaponiya qanunlarına hörmət etmələrini gözləyirik” deyə o bildirib.

 

Nəşr qeyd edir ki, Vyana Konvensiyasında nəzərdə tutulan diplomatik toxunulmazlıq parklanma cərimələrinə şamil edilmir. Bununla belə, Yaponiya hakimiyyət orqanları diplomatların şəxsi əmlakını müsadirə edə bilmir, buna görə də cərimələrin ödənilməsi ilə bağlı çağırışlar əsassızdır.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi