Rusiyanın Fələstin Milli Administrasiyasındakı (PNA) Nümayəndəliyinin mətbuat katibi Aliyə Zaripova TASS-a bildirib ki, Qəzza zolağından təxliyə olunmaq üçün Rusiya vətəndaşları və onların ailə üzvləri də daxil olmaqla 200-ə yaxın adamın adı var.
Oxu24.com xəbər verir ki,"Hazırda təxminən 200 nəfər - ruslar və onların ailə üzvləri təxliyyəni gözləyir", - deyə Zaripova bildirib.
O qeyd edib ki, təkcə ruslar deyil, həm də onların ailə üzvləri - fələstinlilər təxliyə edilir.
Noyabrın 25-də daha 500-ə yaxın Rusiya vətəndaşının Qəzza zolağı ilə Misir arasındakı Rəfah keçid məntəqəsinə təxliyyə olunacağı bildirilmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Federasiyası Qəzza zolağında köməksiz bir rusiyalını da qoymayacaq.
O qeyd edib ki, Qəzza zolağından təxliyə üçün yazılanların böyük əksəriyyəti artıq Rusiyaya aparılıb.
Əvvəllər Qəzza zolağından qaçan ruslar döyüş bölgəsindəki həyatdan danışıblar.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR