Şirvan rayonunda qətl hadisəsi törədilib.
Oxu24.com bildirir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Bekə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.
Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR