Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9857
az

Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi?

22:2012 Fevral, 2019
885
SİYASƏT
  • A

Ermənistan fevralın 8-də Suriyaya 83 hərbçi göndərdi. Onlar Suriyada humanitar missiya ilə məşğul olacaqlar. Erməni hərbçilər Suriyada yardım paylayacaqlar, əraziləri minalardan təmizləyəcəklər.

Nikol Paşinyanın erməni həbrçiləri Suriyaya göndərməsi bir sıra suallar doğurur.

Oxu24.com bildirir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şhinoğlu hesab edir ki, Paşinyan bu addımla birinci növbədə Rusiyanın istəyini yerinə yetirib: "Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Suriyaya müdaxilə etməyə qərar verəndə müttəfiq dövlətlərə müraciət etdi. Putin istəyirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Rusiyanın Suriyadakı hərbi kampaniyasına dəstək versinlər. Rusiya istədi ki, koalisiya yaratsın. Necə ki, ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı koalisiya yaratmışdı. Ancaq o zaman Belarus, Qazaxıstan və Ermənistan Putinə müsbət cavab vermədilər. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla Moskva arasında münasibətlərdə müəyyən problemlər yarandı. Kreml şübhələnirdi ki, Paşinyan ABŞ və Avropa dövlətləri ilə sıx münasibətlər yaratmaq istəyir. Paşinyan isə qorxurdu ku, Kreml Qarabağ məsələsində Azərbaycana dəstək verə bilər. Buna görə də Paşinyan Putinlə görüşlərindən birində təklif etdi ki, Ermənistan Suriyaya hamunaitar missiya göndərsin. Paşinyanın bu təklifi Putinin xoşuna gəldi. Daha sonra Rusiya və Ermənistan müdafiə nazirləri Moskvada bir neçə dəfə görüşdülər və bu məsələni müzakirə etdilər".

Ekspertə görə, Azərbaycan Suriyaya humanitar missiya göndərə bilməz: "Çünki bu halda Azərbaycanın Suriyada Rusiyanın və Bəşər Əsəd rejiminin müttəfiqi kimi qiymətləndirilə bilər. Bu halda Azərbaycanın Türkiyə və Qərb dövlətləri ilə münasibətlərində gərginlik yaşana bilərdi. Bundan istifadə edən Paşinyan Azərbaycanı qabaqlamağa qərar verdi. Paşinyan Suriyaya humanitar missiya göndərməklə Putin izah etdi ki, Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın Suriya siyasətinə dəstək verir. Bu Paşinyana ona görə lazımdır ki, Kreml Qarabağ məsələsində Azərbaycana deyil, Ermənistana dəstəyini davam etdirsin. Təsadüfi deyil ki, Paşinyanın Suriyaya missiya göndərdiyi günlərdə Kremlin Ermənistana qırıcı təyyarələr satacağı xəbəri yayıldı. Bu yolla Kreml Paşinyanın Suriyaya humanitar missiya göndərmək addımına yüksək qiymət verdiyini göstərdi.

İkincisi, Paşinyan Suriyaya humanitar missiya göndərməklə Ermənistan daxilində mövqelərini gücləndirməyə çalışır. Çünki, Ermənistanın humanitar missiyası Suriyada ermənilərin yaşadığı ərazilərdə yerləşdirilməlidir. Yəni Paşinyan bununla demək istədi ki, o Suriyada yaşayan ermənilərin qayğısına qalır.

Üçüncüsü, Paşinyan Suriyaya humanitar missiya göndərməklə İranla əlaqələri də gücləndirməyi hədəfləyir. Ermənistanın Suriyaya humanitar missiya göndərməsi İrəvanın Bəşər Əsəd rejiminə dəstək verməsi deməkdir. İran da Bəşər Əsədə dəstək verir və ona görə də Dəməşqlə sıx münasibətləri olan ölkələrlə yaxşı münasibətləri var. Paşinyan bu vasitə ilə Tehranla yaxınlaşmaq istəyir. Paşinyan Tehrana səfərə hazırlaşır. Buna baxmayaraq, sanksiyalarla üzləşən İran Ermənistana maliyyə dəstəyi verməsi problematikdir. Tehranın Ermənistanla birgə iqtisadi layihələrə də marağı azdır. İran əsas layihələrini Azərbaycanla reallaşdırmaq istəyir. Tehran hazırda Azərbaycanın iştirakçısı olduğu "Şimal-Cənub" dəmiryolu layihəsini işə salmaq istəyir. Buna baxmayaraq, İran qonşusu Ermənistanla təmas imkanlarını açıq saxlamağa üstünleük verir.

Paşinyan hərbi heyəti Suriyaya göndərməklə Rusiyanın simpatiyasını qazandığını düşünür. Ancaq Paşinyanın bu qərarı onun ABŞ-la münasibətlərinə yaxşı heç nə vəd etmir. Rusiyanın digər müttəfiqləri Belarus və Qazaxıstan Suriyaya humanitar missiya göndərmədilər. Ermənistan isə göndərdi. Bu Vaşinqtonda xoş qarşılanmadı. Belə olan halda Paşinyan ABŞ-dan maliyyə dəstəyinə ümid edə bilməz. Rəsmi Bakı bu amildən xarici siyasətində ehtiyatla istifadə edə bilər. ABŞ-dakı və Avropa ölkələrindəki erməni lobbisi Ermənistana və Dağlıq Qarabağ separatçılarına dəstək üçün müxtəlif vasitələrdən istifadə edir. Azərbaycan rəsmiləri ABŞ və Avropa rəsmiləri və diplomatları ilə danışıqlarında Ermənistanın Suriyada Rusiyaya və Bəşər Əsədə dəstək verdiyini xatırlatmalıdırlar".

E.Şahinoğluya görə, əslində Azərbaycanın da Suriya istiqamətində fəallaşmasına ehtiyac var: "Suriyada və İraqda türkmənlər yaşayır. Suriyada türkmənlərin sayı ermənilərdən qat-qat çoxdur. Rəsmi Bakı onlara dəstək haqqında düşünməlidir. Aydındır ki, Azərbaycanın birbaşa İraqda və Suriyada yaşayan türkmənlərə dəstək verməsi problemlidir. Bunun risqləri var. Ancaq Azərbaycan İraqda və Suriyada yaşayan türkmənlərə Türkiyə üzərindən humanitar yardım göndərə bilər. Bununla Azərbaycan həm eyni dildə danışan soydaşlarına dəstək vermiş olar, həm Türkiyə ilə siyasi-hərbi ittifaqını gücləndirər, həm də göstərər ki, bölgədəki hadisələrə biganə deyil".


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı