Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98568
az

AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb

08:1526 Noyabr, 2023
213
CƏMİYYƏT
  • A
Noyabrın 24-də Azərbaycanın milli aviadaşıyıcısı AZAL unikal aksiya həyata keçirib. Oxu24.com xəbər verir ki, aviaşirkət tərəfindən sərnişinlərə 35-dən çox istiqamət üzrə endirimli biletlər təklif olunub. Biletlərin qiyməti 39 avrodan başlayırdı. Beləliklə, kampaniya geniş ictimaiyyətə Avropa, Asiya və Yaxın Şərq ölkələrinin müxtəlif şəhərlərinə daha münasib qiymətə səyahət etmək imkanı yaratdı. Kampaniyanın əsas amili AZAL-ın yenilənmiş mobil tətbiqi idi. Tətbiq biletlərin əldə edilməsi prosesini asanlaşdıran rahat və funksional interfeys ilə təchiz edilib. Kampaniya ərzində mobil tətbiq istifadəçilər arasında böyük marağa səbəb oldu və öz kateqoriyası üzrə proqramlar mağazalarında yükləmə sayına görə ilk sıralarda qərarlaşdı. Tətbiqi //bit.ly/azal-app linki vasitəsilə yükləmək mümkündür. Təklif 2024-cü il yanvarın 15-dən martın 6-dək həyata keçirilən uçuşlara şamil edilirdi. Kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarıldı. Sərnişinlər müxtəlif istiqamətlər, o cümlədən İstanbul, Moskva, Tbilisi, London, Vyana, Barselona, Milan, Praqa və s. kimi istiqamətlər üzrə güzəştli tariflərdən yararlana bildilər. Gələcəkdə bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi və istiqamətlərin sayının artırılması nəzərdə tutulur. AZAL təhlükəsiz, rahat və yüksək səviyyəli xidmətlər təklif edərək, sərnişinlər üçün yeni imkanlar yaratmağa hədəflənib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fəlsəfə doktoru vəfat etdi - FOTO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
“Gənclik” metrostansiyasında sərnişin qatar yoluna düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ