Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98531
az

 Puşkinin nadir nəşrləri oğurlanıb

23:4124 Noyabr, 2023
148
DÜNYA
  • A

“Novosti-Georgia” Fransa mətbuatına istinadən xəbər verir ki, Parisdə Aleksandr Puşkinin nadir nəşrlərini oğurlamaqda günahlandırılan üç Gürcüstan vətəndaşı saxlanılıb.

 

Oxu24.com-un  məlumata görə, 24, 26 və 44 yaşlı bir kişi və iki qadın saxlanılıb.

 

Onlar Parisin Nanter ətrafında yerləşən İncəsənət Əsərlərinin Qeyri-qanuni Ticarəti ilə Mübarizə Mərkəzi Bürosuna (OCBC) aparılıblar.


İstintaq həbs olunanların incəsənət əsərləri və biblioqrafik nadirliklərin oğurluğu üzrə ixtisaslaşmış beynəlxalq cinayətkar qrupun üzvləri olduğunu ehtimal edir.

 

Fransada ilk oğurluq, müstəntiqlərin fikrincə, iyul ayında Lion kitabxanasında bir qrup tərəfindən törədilib, əsli surəti ilə əvəz edilib.

 

Oktyabr ayında iki nəfər Milli Dillər və Sivilizasiyalar İnstitutuna soxulub, bir neçə kitab və əlyazmaları oğurlayıb, onları gözləyən ortağı ilə birlikdə avtomobilə minib qaçıblar.

 

Bundan əlavə, Vilnüs Universitetinin kitabxanasından Litvada Puşkinin əlyazmalarının, eləcə də Qoqol və Lermontovun nadir nəşrlərinin oğurlanması məlumdur. Noyabrın əvvəlində şübhəli bilinən 38 yaşlı kişi Belçikada saxlanılıb. Onun Fransadakı cinayət ortaqları ilə əlaqəsi olduğu iddia edilir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna pilotsuz təyyarələri Kaluqaya uçub
Rusiya üsyankar abxazları cəzalandırmağa hazırlaşır
Putin həbs olunacağı gözlənilən ölkəyə səfər edir


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Cinayətdə şübhəli bilinən 34 nəfər tutuldu